İslam inqilabının məfkurələri tələblərimizə uyğun gəlirdi
-
Şeyx İbrahim Zəkzaki
Nigeriya İslami Hərəkatının sədri deyib ki, İranda İslam İnqilabının qələbəsindən sonra bu inqilabın məfkurələrinin universitetdə təhsil alan biz tələbələrin təfəkkürlərinə uyğun gəldiyini dərk etdik.
SəhərAzəri-nin məlumatına əsasən , Şeyx İbrahim Zəkzaki bu sözləri Press TV kanalı ilə müsahibədə bildirib.
«Biz Nigeriyada İran İslam İnqilabının səsiyik.»-deyən Şeyx İbrahim Zəkzaki bildirib ki, Nigeriyada islami hərəkat inkişaf və çiçəklənmənin şahididir.
Nigeriyadakı ictimai vəziyyəti müstəmləkəçiliyin davam etməsinin nişanəsi adlandıran Şeyx Zəkzaki deyib ki, əgər Nigeriya xalqı qərar çıxarmaqda azad olarsa, mütləq islami quruluşu seçər.
O, özünün təqdimatında belə söyləyib: İqtisadiyyat ixtisası üzrə tələbə olmuşam. İslami yığıncaqlarda, həmçinin İslamın təlimlərnin təbliği və yayılmasında iştirak edərdim.
«Universitetdə olarkən islami fəaliyyətlər göstərərdik. Mən doqquz il həbsdə olmuşam ki, onun yeddi ili ötən əsrin səksəninci onilliyinə təsadüf edir. Universitetdə dini mərasimlər keçirərdik və rəsmilər də bu yığıncaqlarda iştirak edənləri sıxışdırar və onlara əzab-əziyyət verərdilər.»-deyə, Nigeriya İslami Hərəkatının sədri qeyd edib.