Roma şəhər şurası seçkilərində müsəlman namizəd
https://azeri.sahartv.ir/news/dünya-i381733-roma_şəhər_şurası_seçkilərində_müsəlman_namizəd
Roma şəhər şurası və meriya seçkiləri oktyabrın üçü və dördündə keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2021 17:01 Asia/Baku
  •  Françesko Tiyerri Əbdülhəqq
    Françesko Tiyerri Əbdülhəqq

Roma şəhər şurası və meriya seçkiləri oktyabrın üçü və dördündə keçiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, Bu seçkilərdə ilk dəfə müsəlman icması da iştirak edir.

Roma şəhər şurası seçkilərinə müsəlman namizədlərdən biri- Françesko Tiyerri Əbdülhəqq bu barədə belə deyib: Mən keçmişdə fəal siyasi mübariz, həmçinin fəhlə həmkarlar ittifaqının üzvü olmuşam. Amma ilk dəfədir ki, seçkilərdə iştirak edirəm. Şəhər şurası seçkilərinə namizədlik barədə qərara Romada islami cəmiyyətlə illərlə fəaliyyətdən sonra gəldim.

Demos partiyasının üzvü olan Tyerri Əbdülhəqq sonra söyləyib: Əgər mən seçilərəmsə, şübhəsiz, həyata keçirəcəyim əsas məsələ, namaz, ibadət mərasimi və ibadət haqqıdır. Bu son illərdə Romada müsəlmanların bir çox ibadət və idarə məkanları bağlanıb və məhz elə buna görə, müsəlmanlar icması tərəfindən siyasi və seçki planı yaradılıb.