Sosial şəbəkələrdə pozuntular
https://azeri.sahartv.ir/news/dünya-i381783-sosial_şəbəkələrdə_pozuntular
WhatsApp, İnstagram və Facebook sosial şəbəkələri dünya səviyyəsində geniş bir kəsilmə ilə üzləşiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2021 10:04 Asia/Baku
  • Sosial şəbəkələr
    Sosial şəbəkələr

WhatsApp, İnstagram və Facebook sosial şəbəkələri dünya səviyyəsində geniş bir kəsilmə ilə üzləşiblər.

SəhərAzəri-nin məlumatına əsasən,  Facebook, həmçinin onun tabeliyində olan və ortaq infrastrukturlardan istifadə edən WhatsApp və İnstagram tətbiqləri dünən tam şəkildə kəsliblər. Facebook ailəsindən olan digər məhsullar, o sıradan «Facebook Workplace» də öz işlərini dayandırıblar.

Facebook-un web variantının istifadəçiləri bir xəta səhifəsi və ya mesaj müşahidə ediblər ki, bu da onların brauzerlərinin bu proqrama qoşula bilmədiklərini göstərir.

WhatsApp və İnstagram tətbiqləri öz fəaliyyətlərini davam etdirirlər, lakin göndərilən və ya qəbul edilən mesajlar daxil olmaqla, yeni məzmunlar sinxronlaşdırılmırlar.