Facebook-un 1,5 milyard istifadəçisinin informasiyaları satışa çıxarılıb
https://azeri.sahartv.ir/news/dünya-i381784-facebook_un_1_5_milyard_istifadəçisinin_informasiyaları_satışa_çıxarılıb
Dünya mediaları dünən bildiriblər ki, Facebook şirkətinin xidmətində yaranan pozuntudan dörd saat keçəndən sonra bu şirkətin rəisi Mark Zukerberq öz sərvətindən yeddi milyard dollar itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2021 10:06 Asia/Baku
  • Facebook
    Facebook

Dünya mediaları dünən bildiriblər ki, Facebook şirkətinin xidmətində yaranan pozuntudan dörd saat keçəndən sonra bu şirkətin rəisi Mark Zukerberq öz sərvətindən yeddi milyard dollar itirib.

SəhərAzəri-nin məlumatına əsasən,  «Russia Today» adlı Rusiya xəbərlər telekanalının bildirdiyinə görə, Facebook işçiləri hətta işlədikləri binaya belə, daxil ola bilmirlər. Buna səbəb, təşkilat kartlarında pozuntunun yaranması elan olunub.

Bu rus media həmçinin bir tvitt-də bildiribdir ki, Facebook-un 1,5 milyarddan çox istifadəçisinin xüsusi informasiyaları hakerlər tərəfindən satışa çıxarılıb.

Həmçinin «Private Affairs»in verdiyi informasiyaya əsasən, şatışa çıxarılmış datalar istifadəçilərin həqiqi adları, emai-ləri, mobil nömrələri, məkanları, cinsiyyətləri və istifadəçi adlarına şamil olur.

Datalar yeni olub, 2021-ci ilə aiddir. Bununla belə, Facebook şirkəti bu şirkətə qarşı kiber hücumu ehtimalını mümkünsüz adlandırıbdır.