ABŞ 3750 nüvə başlığına malik olduğunu etiraf edib
https://azeri.sahartv.ir/news/dünya-i381838-abŞ_3750_nüvə_başlığına_malik_olduğunu_etiraf_edib
ABŞ Dövlət Departamenti saytının rəsmi statistikasına əsasən, bu ölkə öz cəbbəxanalarında 3750 nüvə başlığına malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2021 17:05 Asia/Baku
  • ABŞ
    ABŞ

ABŞ Dövlət Departamenti saytının rəsmi statistikasına əsasən, bu ölkə öz cəbbəxanalarında 3750 nüvə başlığına malikdir.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika ilk dəfə olaraq və bu ölkənin keçmiş prezidenti Donald Trampın ABŞ-ın nüvə silahlarının sayını senzura etmək üzrə səyinə rəğmən, ifşa edibdir ki, öz nüvə cəbbəxanalarında 2020-ci ilədək üç min 350 fəal və qeyri-fəal nüvə silahına malik olub.

Bu statistika göstərir ki, 2020-ci ildə ABŞ-ın nüvə cəbbəxanalarında mövcud olan başlıqların sayı 2019-cu ilə nisbətən 55 ədəd azalıbdır.

Bu elan olunmuş rəqəm ABŞ Dövlət Departamentinin iddia etdiyi bir statistikadır və məlum deyildir ki, bu ədəd və rəqəmlər bu ölkənin cəbbəxanalarındakı gerçəkliklərlə nə qədər uyuşur.

Amerikadan sonra, sıra ilə, Rusiya, İngiltərə və Fransa ən çox nüvə başlıqlarına malikdirlər.

ABŞ Dövlət Departamenti saytının məlumatında deyilir ki, bu ölkə 2017-ci ilin sentybarında ifşa edilmiş öncəki informasiyanı yeniləmək məqsədilə öz nüvə silahları cəbbəxanası barədə yeni informasiya yayıbdır.

ABŞ Dövlət Departamentinin iddia etdiyi məlumata əsasən, bu ölkə 2020-ci ilin sentybarınadək üç min 350 nüvə başlığına malik olubdur ki, bu da 31 min 255 nüvə başlığına malik olduğu 1967-ci maliyyə ilinin sonundan bəri bu ehtiyatların təqribən səksən səkkiz faiz azaldığını göstərir.