Okt 07, 2021 13:08 Asia/Baku
  • Əfqan uşaqları
    Əfqan uşaqları

BMT-nin uşaq fondu- YUNİSEF(UNICEF) bir daha əfqan uşaqların pis durumu haqda xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, YUNİSEF və Ümumdünya Ərzaq Proqramı dünən pis qidalanma nəticəsində Əfqanıstanda bir milyon uşağın ehtimal üzrə ölümü barədə xəbərdarlıq ediblər. Onlar eyni zamanda Əfqanıstan xalqınn həyatının qorunması üçün təcili yardımın edilməsini istəyiblər.

YUNİSEF öz məlumatında bildirib ki, Əfqanıstanda qida əmin-amansızlığı və pis qidalanma vəziyyətinin həyəcan siqnalı səslənibdir.

Qeyd edək ki, Əfqanıstanda 14 milyon uşaq kəskin qida əmin-amansızlığı ilə üzləşir və bu uşaqların azı bir milyon nəfəri kəskin və geniş pis qidalanma vəziyyətinə və təcili müalicənin olmamasına görə, ölüm təhlükəsi qarşısındadır.

Belə bir halda, Ümumdünya Ərzaq Proqramının rəy sorğusuna əsasən, Əfqanıstandakı ailələrin 95%-i yetərincə qidadan istifadə etmir. Yuxarı yaşlılar daha az yemək yeyirlər. Onlar övladlarının daha çox yemək yeyə bilmələri üçün öz yemək normalarını azaldırlar.

Əfqan xalqının bu vəziyyətinin fonunda qeyd etmək lazımdır ki, Amerika keçən ay Əfqanıstanın aktivləri, həmçinin bu ölkənin ABŞ banklarındakı qızıl ehtiyatlarını dondurub və bu vəziyyət xalqın ticarət və məişət fəaliyyətlərinə təsir göstəribdir.

Taliban qrupu avqustun 15-də Əfqanıstanda qüdrəti ələ aldı. ABŞ hərbçiləri də 20 il işğalçılıqdan sonra avqust ayının sonlarında rüsvayçılıq və xar olmuş görkəmdə Əfqanıstandan çıxdılar.

 

Teqlər