Hamid Kərzay Qunduzdakı terror aktını qınayıb
https://azeri.sahartv.ir/news/dünya-i381913-hamid_kərzay_qunduzdakı_terror_aktını_qınayıb
Əfqanıstanın keçmiş prezidenti Hamid Kərzay, Qunduzdakı şiə məscidinə edilən terror hücumuna reaksiyada, hadisəni insani və İslami dəyərlərə zidd adlandırıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 09, 2021 08:09 Asia/Baku
  • Hamid Kərzay Qunduzdakı terror aktını qınayıb

Əfqanıstanın keçmiş prezidenti Hamid Kərzay, Qunduzdakı şiə məscidinə edilən terror hücumuna reaksiyada, hadisəni insani və İslami dəyərlərə zidd adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstanın "Şəfəqna" xəbər agentliyinin məlumatına görə, Hamid Kərzay dünən bir bəyanat yayaraq, bir çox müdafiəsiz insanın şəhid olmasına və yaralanmasına səbəb olan şiələrin Qunduz vilayətindəki came məscidində baş verən partlayışı şiddətlə qınayıb. 

Əfqanıstanın keçmiş prezidenti, son bir həftədə Kabildəki Eydgah məscidinə və Xostdakı bir məktəbə edilən terror hücumlarına toxunaraq, bu faciəli hadisələri bütün insani və İslami prinsip və dəyərlərə zidd adlandırıb.

Hamid Kərzay həmçinin qurbanların ailələrinə başsağlığı verib.

Son məlumatlara görə, Qunduzdakı şiə məscidində törədilən terror aktı nəticəsində 60 nəfər şəhid olub, 107 nəfər isə yaralanıb, qurbanların sayının artacağı istisna edilmir. 

Hücumların məsuliyyətini hələ heç kim üzərinə götürməyib.