Okt 09, 2021 20:49 Asia/Baku
  • Əfqanıstanın Qunduz vilayətindəki terror aktına reaksiyalar davam edir

İŞİD-in Əfqanıstanın Qunduz şəhərində şiə namazqılanlara kamikadze hücumua milli və beynəlxalq səviyyədə reaksiyalar gəlməkdə davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti Seyid İbrahim Rəisi bu gün bir müraciətdə, Qunduzdakı terror hücumuna toxunaraq, deyib: "Bu cinayət, müsəlmanlar arasında təfriqə salmaq məqsədi ilə və qeyri-insani və dinə zidd mahiyyətləri hər kəs üçün aydın olan kəslər tərəfindən törədildi".

Əfqanıstanın Kütləvi İnformasiya Vasitələri bu gün bildiriblər ki, BMT-nin baş katibi Antonio Quterreş Qunduz şəhərindəki məsciddə törədilən terror aktını pisləyib və mülki şəxslərə hücumu əsas hüquqların və beynəlxalq humanitar hüququn pozulması kimi dəyərləndirib. 

İnsan Haqları Gözətçisi Təşkilatının Asiya üzrə nümayəndəsi Patrişiya Qossmən də bir müraciətdə, bildirib ki, bu cür hadisələr Əfqanıstanda azlıqların, xüsusilə də şiələrin ciddi təhlükə altında olduğunu göstərir.

Teqlər