Qunduz məscidində partlayış pislənib
https://azeri.sahartv.ir/news/dünya-i381948-qunduz_məscidində_partlayış_pislənib
Beynəlxalq müsəlman din alimləri birliyi Qunduz məscidində partlayışı pisləyib və onu cinayətkarcasına bir hərəkət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2021 10:04 Asia/Baku
  • Qunduz məscidi
    Qunduz məscidi

Beynəlxalq müsəlman din alimləri birliyi Qunduz məscidində partlayışı pisləyib və onu cinayətkarcasına bir hərəkət adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,  Beynəlxalq müsəlman din alimləri birliyinin bəyanatında deyilir ki, bu birlik hər hansı məkanda və hər bir çətir altındakı terror hərəkətlərini pisləyir, zira terrorizmin heç bir dini yoxdur/ və şiə və sünni, İslamda və digər dinlərdəki müqəddəs məkanlar arasında heç bir fərq yoxdur.

Birlik İslama və hər hansı digər dinə qarşı nifrətyayma və irqi ayrı-seçkiliyin qarşısının alınması, sosial sülh və sabitliyin reallaşması üçün sədaqətli və real quruculuq istəyib.

Beynəlxalq müsəlman din alimləri birliyinin baş katibi Əli Qaradaği bu partlayışı cinayətkarcasına bir əməl və böyük bir günah adlandırıb. Vurğulayıb ki, ibadətgahlara qarşı hər hansı hücum və günahsızların qırğın edilmələri cinayətkarcasına hərəkət olub, müqəddəs İslam dininin və digər dinlərin təlimlərinə qarşıdır.