Okt 17, 2021 13:14 Asia/Baku
  •  Mayk Pompeo
    Mayk Pompeo

ABŞ-ın sabiq dövlət katibi bildirib ki, Co Bayden hökumətinin xarici siyasəti Amerikanın dünyadakı rolu və mövqeyini aradan götürəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Mayk Pompeo Vaşinqtonun beynəlxalq müttəfiqlərinin Amerikanın dünyadakı rolundan nigaran olduqlarını bildirib. İddia edib ki, onlar Amerikanın beynəlxalq səhnəni tərk etməkdə olduğuna inanırlar.

Bu ifratçı respublikaçı siyasətçi bildirib ki, Co Bayden hökumətinin mərkəzində dünya həqiqətlərindən düzgün dərk yoxdur.

Pompeo Co Bayden hökumətinin bir neçə xarici siyasəti, o sıradan amerikalı qüvvələrin Əfqanıstandan tələm-tələsik çıxmalarına və yenidən nüvə müzakirərinə girməyə çalışmasına toxunub.

İddia edib ki, Amerikanın sabiq prezidenti Donald Trampın hökuməti «yaxşı bir qüvvə» kimi ABŞ-ın gücündən istifadədə ciddi idi.

 

Teqlər