Okt 17, 2021 13:24 Asia/Baku
  • Haitidə 17 amerikalı xristian missioner oğurlanıb
    Haitidə 17 amerikalı xristian missioner oğurlanıb

Haitinin təhlükəsizlik rəsmiləri bildiriblər ki 17 amerikalı xristian missioner və onların ailələri, o sıradan bir neçə uşaq Haitinin paytaxtı Port-o-Prensdə oğurlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Nyu-York Tayms qəzeti bildirib ki, bu insan oğurluğu xristian missionerlər Karaib bölgəsinin bu böhranlı ölkəsindəki bir uşaq evindən çıxarkən baş verib.

Məlumatda yerli rəsmilərə istinadla deyilir ki, bu missionerlər hava limanına gedən avtobusdan oğurlanıblar.

İndiyədək bu missionerlər və ya onların kilsəsi barədə təfərrüat verilməyib.

Haitidə zorakılıqların artması minlərlə nəfəri didərgin salıb və bu yoxsul ölkədəki iqtisadi fəaliyyəti pozubdur.

Zorakılıqlar Haitinin prezidenti Moiz Jovenelin iyul ayındakı terrorundan və iki min nəfərdən çox insanın həyatına son qoyan avqust ayındakı zəlzələdən sonra kulmanasiya nöqtəsinə çatıb.