Okt 22, 2021 12:07 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti deyib ki, ölkəsi Hizbullahı Livanda mühüm siyasi güc hesab edir.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin bildirib ki, ölkələrin Hizbullahla bağlı mövqeləri dəyişkəndir, amma Moskva bu qrupu Livanda mühüm siyasi güc hesab edir.

Rusiya Livanda sülh, sabitlik və təhlükəsizliyin qorunması üçün bu ölkədəki bütün siyasi qruplarla işləyəcək-deyən Rusiya prezidenti qeyd edib ki, ölkəsi Livanda bir qrupu digər qrupa qarşı himayə edə bilməz, zira bu hərəkət Livandakı tərəflər arasında sülh üçün əks nəticə verəcək.

Livanlı qruplar arasında razılaşma üçün toqquşma olmadan ortaq bir zəminin yaradılması, Rusiyada bizim üçün olduqca mühüm olacaq.