Facebook adını dəyişir
https://azeri.sahartv.ir/news/dünya-i382605-facebook_adını_dəyişir
Facebook adını Meta-ya dəyişəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2021 11:30 Asia/Baku
  • Facebook
    Facebook

Facebook adını Meta-ya dəyişəcək.

SəhərAzəri-nin məlumatına əsasən,  Mark Zukerberq bildirib ki, öz Facebook şirkətinin adını Meta-ya dəyişəcək və Facebook, İnstaqram və Vatsapp Meta məcmuəsi altında qalacaqlar.

Zukerberqin dediyinə görə, bu ad «Metaverse»nin yaradılmasına kömək edəcək.

O, «üçölçülü şəkildə birləşirik» mənasına gələn «Metaverse»i sosial əlaqələrdə yeni fəsil adlandırıb.

Son həftələr ərzində Facebook daxili sənədlərin ifşa olunması, həmçinin onun məzmun bölməsinin sabiq müdiri Fransis Hügenin «bu şirkət mənafeyi ictimai təhülkəsizlikdən üstün tutur» ifadəsindən sonra çox sayda problemlə üzləşibdir. Bu yan təsirlərdən İnstaqramın, yeniyetmələrin psixoloji və psixi durumuna vurduğu zərbələrə işarə edə bilərik. Nəzarət orqanları da bu şirkət üzərindəki təzyiqi artırıblar.