Okt 30, 2021 16:55 Asia/Baku
  • ABŞ ən böyük Lazer silahını sınaqdan keçirməyə çalışır

ABŞ ordusu gələn il özünün ən güclü lazer silahını sınaqdan keçirəcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "İndependent" qəzeti məlumat yayıb.

Qəzet yazıb: "Yeni lazer silahı böyük pilotsuz təyyarələri və helikopterləri hədəfə ala biləcək silahların yaradılması üzrə ABŞ hərbi layihəsinin bir hissəsidir".

Qəzetin yazdığına görə, ABŞ ordusunun istifadə etdiyi lazer silahları hazırda kiçik dronları vurmaq üçün istifadə olunur.

300 kilovat gücündə olan bu lazer silah "General Atomics Electromagnetic Systems" (GA-EMS) və "Boeing" şirkətləri vasitəsilə istehsal olunub və daşıma konteyneri ölçüsündədir və ağır yük maşınlarına quraşdırılır.

Bu silahın sınağı elə bir halda keçirilir ki, Çinin yeni hipersonik raketinin sınağı xəbəri ABŞ-ın hərbi və xarici dairələrində geniş mübahisələrə səbəb olub.

Teqlər