Moskva: Heç kim Talibanı tanımağa tələsmir
https://azeri.sahartv.ir/news/dünya-i382667-moskva_heç_kim_talibanı_tanımağa_tələsmir
Rusiyanın BMT-dəki daimi nümayəndəsi jurnalistlərə deyib ki, Moskva Talibanın Əfqanıstanı BMT-də təmsil etməsinə icazə verməyə hazır deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2021 07:05 Asia/Baku
  • Moskva: Heç kim Talibanı tanımağa tələsmir

Rusiyanın BMT-dəki daimi nümayəndəsi jurnalistlərə deyib ki, Moskva Talibanın Əfqanıstanı BMT-də təmsil etməsinə icazə verməyə hazır deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Vasili Nebenzia əlavə edib ki, heç kim Talibanı tanımağa tələsmir.

Onun sözlərinə görə, tanınma məsələsi o zaman yaranır ki, beynəlxalq ictimaiyyət Taliban hakimiyyətinin verdiyi vədlərin və öhdəliklərin yerinə yetiriləcəyinə əmindi.

Rusiyalı diplomat Talibanın həyata keçirməyi öhdəsinə götürdüyü məsələlərə, o cümlədən insan hüquqlarına, xüsusilə də qadınlar və qızlara aid məsələlərə, həmçinin terrorizm və narkotiklərlə mübarizəyə toxunub.