Rus rəsmilərin amerikalı həmkarları ilə görüş planı yoxdur
-
Mariya Zaxarova
Rusiya xarici işlər nazirliyinin sözçüsü bildirib ki, bu ölkə rəsmilərinin 20-lər qrupunun iclası kənarında amerikalı rəsmilərlə görüş planı yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova sonra belə deyib: Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın xarici işlər naziri Luici Di Mayo ilə görüşməli və 20-lər qrupunun yığıncaqlarında iştirak etməlidir. Dünən keçirilən görüşlərdə Moskva rəsmilərilə iştirakçı ölkələrin rəsmiləri arasında qaz köçürülməsilə bağlı heç bir məsələ qaldırılmayıb.
Rusiya və Amerika bir müddətdir ki, müxtəlif siyasi məsələlər, o sıradan «Şimal Axını-2» adlı Avropaya qaz boru kəməri məsələsi üstündə bir-biri ilə kəskin fikir ayrılığına malikdirlər.
Moskva ilə Pekin arasındakı hərbi və iqtisadi əməkdaşlıqlar da Vaşinqtonun bu günlər yaşadığı problemlərdəndir.