İsrail rejimi məğlubiyyətini etiraf etdi
İranla İsrail rejimi arasında kiber müharibə
-
kiber müharibə
Sionist rejim başçıları etiraf ediblər ki, onlar son həftələrdə baş verən kiber müharibə ilə necə qarşılacaqlarını hələ bilmirlər”.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim televiziyasının 13-ü kanalı son kiber hücumu təhlükəli adlandırıb və bildirib ki, bu haker hücum İsrail şirkətlərinin zəif tərəflərinin olduğunu və texnoloji cəhətdən özlərini müdafiə etmək qabiliyyətinə malik olmadıqlarını üzə çıxartdı.
Keçən həftə sionist "Yediot Ahronot" qəzeti bir qrup hakerin bu rejim ordusunun yüzlərlə hərbçinin şəxsi məlumatlarını ehtiva edən kəşfiyyat fayllarını ələ keçirdiyini bildirib.
Bir neçə gün sonra sionist rejimin "Yerusalem Post" qəzeti İrana bağlı "Qara Kölgə" haker qrupunun İsrailin "Cyberserve" internet şirkətinin serverlərini sındırdığını bildirib.
Bununla bağlı kiber təhlükəsizlik şirkəti olan "Confidence"in qurucusu və baş meneceri deyib: "Əgər oğurlanan məlumatlar sızdırılsa, bu, İsrail rejimi tarixində məxfiliyə qarşı ən ciddi təxribat ola bilər".
Bu elə bir haldadır ki, ötən həftə İranın bəzi yanacaqdoldurma məntəqələrində kiber hücum nəticəsində elektron kartla yanacağın verilməsində problem yarandı və İran hökuməti bu məsələnin arxasında ABŞ və sionist rejimin dayandığını elan etdi.