Papa müstəqil Fələstin ölkəsinin təşkili üzrə həll yollarının davamına təkid edib
https://azeri.sahartv.ir/news/dünya-i382832-papa_müstəqil_fələstin_ölkəsinin_təşkili_üzrə_həll_yollarının_davamına_təkid_edib
Dünya katoliklərinin rəhbəri- Papa Fransis, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla görüşdə müstəqil Fələstin ölkəsinin təşkili üzrə həll yoluna çatmaq istiqamətində dialoqların davam etdirilməsinə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2021 10:16 Asia/Baku
  •  Mahmud Abbas papa
    Mahmud Abbas papa

Dünya katoliklərinin rəhbəri- Papa Fransis, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla görüşdə müstəqil Fələstin ölkəsinin təşkili üzrə həll yoluna çatmaq istiqamətində dialoqların davam etdirilməsinə təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən,  Mahmud Abbas papa və yüksək dərəcəli katolik rəsmilərilə şəxsi görüş keçirib.

Vatikan bildiribdir ki, bu görüşdə dünya ictimaiyyətinin köməyilə ikidövlətli həll yoluna nail olmaq istiqamətindəki birbaşa dialoqun yenidən fəallaşdırılması vacibliyinə təkid edilib.

Vatikan həmçinin vurğulayıbdır ki, müqəddəs bir şəhər kimi Qüdsün beynəlxalq dəyəri hamı üçün qorunub saxlanmalıdır.

Mahmud Abbas bu səfər əsnasında İtaliya prezidenti Sercio Mattarella və bu ölkənin baş naziri Mario Dragi ilə də görüşüb.