Noy 09, 2021 12:30 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Rusiya xarici işlər naziri NATO-nun Qara dənizdə hərbi təlimlər keçirməkdə məqsədini bu ölkəyə qarşı çəkindirmə adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov bazar ertəsi günü Venesuelanın xarici işlər naziri Feliks Plasensia Qonzales ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya üzv ölkələrin, o sıradan Amerika və müttəfiqlərinin təlimləri, Rusiyanın aradan götürülməsi siyasətinin həyata keçirilməsi məqsədini güdür.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bazar günü bildiribdir ki, Amerika və NATO gəmiləri Qara dəniz sahillərində Rusiya donanmasının gücünü və bu ölkənin cənub sərhədlərinin qorunma tərzini sınamaq bəhanəsi ilə Qara dənizə daxil olurlar.

Qara dəniz Rusiya ilə Qərbin əsas qarşıdurma meydanıdır.

ABŞ və NATO-nun dəniz bölmələri davamlı şəkildə Qara dənizdə iştirak edir və hər il Gürcüstan və Ukrayna sahillərində hərbi təlimlər keçirirlər. Həmin təlimlərdə Rusiya əsas düşmən kimi qələmə verilir.

 

Teqlər