İranın ABŞ bazasına raket hücumunun yeni cəhətləri
-
ABŞ
Amerikan CBS informasiya kanalının vebsaytı İranın amerikalı qüvvələrin Əynuləsəddəki bazasına qarşı raket hücumundan sonra Amerika hökumətinin məsələni gizlətməsindən yeni cəhətləri ifşa edib.
SəhərAzəri-nin məlumatına əsasən, Vebsayt xəbər veribdir ki, ABŞ ordusu İranın Əynuləsəd bazasına raket zərbəsi endirməsindən sonra onun nəticələrini azaltmaq üçün təzyiq altında olub.
Bu məlumata görə, İranın Amerikanın terror hərəkətinə cavab olaraq həyata keçirdiyi raket hücumu tarixdə ABŞ qüvvələrinə qarşı ən böyük hücumlardan biri hesab olunur.
Amerikan informasiya vebsaytı yazıbdır ki, İran, hər biri 1600 funt ağırlığa malik on bir hərbi başlılqla amerikalı qüvvələrin Əynuləsəddəki bazasını yerlə yeksan edibdir.
2020-ci ilin yanvarında İran, ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-leytenant pasdar Qasım Süleymanini şəhid etmək üzrə terror hücumuna cavab olaraq, o zamanadək, amerikalı qüvvələrə qarşı ən iri ballistik raket əməliyyatını həyata keçirdi.
Amerika Birləşmiş Ştatlarının mərkəzi komandanlıq qərargahı- SENTKOM(CENTCOM)-un terrorçu qüvvələrinin komandanı İran raketlərinin diqqəti və İranın Əynuləsəd bazasına qarşı hücumunun şiddəti barədə açıqlama verib və belə qeyd edib: Əgər baza boşaldılmasaydı, mən ehtimal verirəm ki, iyirmidən otuzadək təyyarəni itirəcəkdik və biz yüzdən yüz əlliyədək qüvvəmizi itirmişdik.
Bununla belə, bu hücumdan bir neçə həftə sonrayadək Tramp hökuməti həmin əməliyyatda amerikan qüvvələrə dəymiş zərərlərin miqdarını gizlətməyə çalışdı, amma bir aydan az bir müddətdə Pentaqon nəhayət yüzdən çox amerikalı hərbçinin beyin travmalarına məruz qaldığını etiraf etdi.