Hakerlərdən yeni sürpriz:
Sionist rejimin mühüm obyektləri 5 santimetr dəqiqliklə göründü
-
Haker
"Musanın Əsası" haker qrupu Fələstinin işğal olunmuş ərazilərindən əldə etdiyi faylların, şəkillərin və 3D xəritələrin ölçüsünün 22 terabayt olduğunu elan edərək, bəzi həssas məlumatlar yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Son zamanlar işğal olunmuş Fələstindəki mərkəzlərə uğurlu kiberhücum sayəsində adını dillərə salan "Moses_Staff" haker qrupu yeni video yayımı ilə sionist rejimi təəccübləndirib.
"Əl-Modon"un məlumatına görə, qrup işğal olunmuş Fələstindəki bütün ərazilərin üçölçülü şəkilləri də daxil olmaqla sionist rejimin "hökumət məlumatlarını"əldə etdiyini bildirib. Bu hərəkət işğal olunmuş Fələstindəki ərazilərin dəqiq hava şəkillərinə girişin qarşısını alan "beynəlxalq qadağadan" yayınmaq deməkdir.
Yayımlanan video çarx həyati əhəmiyyətli obyektlərin şəkillərini və xəritələrini əks etdirir və bildirilir ki, bu, sionist rejimin kiber infrastrukturu sındırıldıqdan sonra əldə edilmiş dəqiq görüntülərin bir nümunəsidir. Bu isə sionist rejimin kibertəhlükəsizliyinin uğursuzluğunu göstərir.