Qış olimpiyasına «diplomatik embarqo» ehtimalı
Noy 19, 2021 16:39 Asia/Baku
-
Pekin qış olmpiya
ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton Pekin qış olmpiya oyunlarına qarşı «diplomatik embarqo» seçimini araşdırmaqdadır.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ və Çin prezidentlərinin videoformatda keçirilən görüşündən təkcə bir neçə gün sonra Co Bayden Ağ Ev-də Kanadanın baş naziri Castin Trüdo ilə görüşdə Pekin qış olmpiya oyunlarına qarşı «diplomatik embarqo» ehtimalından xəbər verib.
«Diplomatik embarqo» o deməkdir ki, Amerika hökumətinin rəsmiləri Pekin qış olmpiya oyunlarının açılış mərasimində iştirak etməyəcəklər.
Röyters-in məlumatına görə, ABŞ Çinin insan haqları keçmişinə görə, 2022-ci il fevralın dördündə başlanacaq Pekin qış olmpiya oyunlarına qarşı «diplomatik embarqo» seçimini araşdırmaqdadır.