Noy 28, 2021 14:18 Asia/Baku
  • Avropa
    Avropa

Avropa ölkələrində koronanın yeni ştammının yayılmasının davam etməsi onu yeni il tətilləri ərəfəsində bu ölkələr üçün bir böhrana çeviribdir.

SəhərAzəri-nin məlumatına əsasən,Bir daha Avropa elə bir halda qış fəslinə daxil olur ki, koronavirus bu dəfə daha təhlükəli elan edilmiş yeni ştammla geri dönübdür. Özünə gəldikdən bir neçə ay sonra çox sayda ölkə özünü təhlükəli elan edilmiş yeni ştamm qarşısında görür.

Avropa Birliyi səfər qadağası tədbirlərini görməklə onun yayılması ilə mübarizəyə qalxmağa çalışır. Müxtəlif ölkələr də yeni məhdudiyyətlər nəzərə alıblar.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen birliyə üzv ölkələrin sürətli və birgə addımlar atmalarını istəyib.

Bir neçə ölkədəki dövlət tədbiləri müxalifətlə üzləşib. Avropalılar koronanın yeni ştammının yayıldığı ölkələrdən səfərləri qadağan etməklə bu ştammı qarşılamğa gediblər. Vaksinasiyanın icbariləşdirilməsi və cüzi tətillər, bu tədbirlərin digər bir hissəsidir.

Avstriya və Niderland kimi ölkələrdə ümumölkə tətili elan olunub və gələn ilin fevral ayının əvvəlindən Avstriya vətəndaşları üçün vaksinasiya icbari olacaq. Belə bir halda, Şərqi Avropa ölkələri əməldə böhranla üzləşirlər, zira bu ölkələrdə peyvənd vurdurmuş şəxslərin sayı aşağıdır.

Afrika qitəsinin cənubunda meydana gəlmiş yeni ştamm ilsonu tətillərlə bir zamanda dövlətlər və şəxslərin hesablamalarını bir-birinə qatıbdır.

Elm adamlarının dediklərinə görə, delta ştammının təkcə iki genetik sıçrayışa malik olduğu bir halda, yeni ştamm azı on genetik sıçrayışa malikdir.