ABŞ senatorlarının İranın sanksiya edilməsi üzrə planı
-
ABŞ senatı
ABŞ senatının iki üzvü bir layihə təqdim edib. Bu layihə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsini istəyir.
SəhərAzəri-nin məlumatına əsasən, Senatın demokrat və respublikaçı üzvləri Ben Kardin və Pet Tumi "bir jurnalisti oğurlamağa cəhd” iddiası ilə İrandan cavab istənilməsi və "Amerika ərazisində adam oğurluğu üzrə digər cəhdlərin qarşısının alınması”nı nəzərdə tutan qanun layihəsi təklif ediblər.
Kardin-Tumi layihəsi bu kimi planların icrasında əli olan şəxslərin boykot edilmələri və onlarla həmkarlıq edəcəkləri təqdirdə, banklar üçün növbəti sanksiyaların nəzərdə tutulmasını tələb edir.
ABŞ ədliyyə nazirliyi ötən iyul ayında bir bəyanatda iddia etmişdi ki, Federal Təhqiqat Bürosu İranın Amerika ərazisində, «Bruklində yerləşən bir aktivist»i oğurlamaq üzrə səyini zərərsizləşdiribdir.
İran İslam Respublikası Xarici İşlər Nazirlyinin rəsmi nümayəndəsi Səid Xətibzadə o zamn bu iddialara cavab olaraq belə söylədi: İlk dəfə deyildir ki, Amerika, yeganə məqsədi, dəyərdən düşmüş və yanmış fiqurlarını ümidsizcəsinə bərpa olan, bu kimi Hollivud ssenariləri yaratmaqla məşğul olur.
Xətibzadə sonra belə vurğuladı: Əlbəttə, qısa tarixi, başqa ölkələrdə təxribatçılıq, insan oğurluğu və terrorla aşıb-daşan bir Amerikadan bu cür xəyali dastansöyləmələr gözləniləsidir, amma amerikalı rəsmilər bu dəfə bu sadəlövhcəsinə bir planla doğrudan da dünya xalqlarının şüuruna hörmətsizlik ediblər.
Bu layihə-planın təqdimatının fonunda xatırladaq ki, Co Bayden hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mellinin başçılıq etdiyi Amerika nümayəndə heyəti İrana qarşı sanksiyaların götürülməsilə bağlı müzakirələr aparmaq üçün hazırda Avstiyanın paytaxtı Vyanadadır.