ABŞ-ın sanksiyaları diplomatik qaydalara ziddir
https://azeri.sahartv.ir/news/dünya-i383723-abŞ_ın_sanksiyaları_diplomatik_qaydalara_ziddir
Rusiyanın xarici işlər naziri dünən Amerikanın birtərəfli sanksiyalarını tənqid edib. Bildirib ki, bu sanksiyalar beynəlxalq diplomatik razılaşmalara ziddir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2021 07:27 Asia/Baku
  • Lavrov
    Lavrov

Rusiyanın xarici işlər naziri dünən Amerikanın birtərəfli sanksiyalarını tənqid edib. Bildirib ki, bu sanksiyalar beynəlxalq diplomatik razılaşmalara ziddir.

SəhərAzəri-nin məlumatına əsasən, Ağ Ev başçılarına üzünü tutan Sergey Lavrov vurğulayıb ki, əgər Rusiyaya qarşı sanksiyalar tətbiq edilərsə, Moskva da cavab gedişi gedəcəkdir.

Lavrov həmçinin Ukrayna böhranına, eləcə də NATO-nun regiondakı düşmənçilik hərəkətlərinə işarə edib. Qeyd edib ki, Moskva NATO-nun müzakirələrdən kənara çəkiləcəyi təqdirdə, Ukrayna ilə gərginliyin azaldılması istiqamətində ayrıca bir strategiya yeridəcək.

Lavrovun sözlərinə görə, Moskva Ukrayna sərhədində gərginliyin azaldılması istiqamətində müəyyən təkliflər irəli sürüb.