ÜST yoxsul ölkələrə vaksinlərin bağışlanmasını qeyri-kafi adlandırıb
-
Maria Van Kerkxove
Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 üzrə texniki rəhbəri Maria Van Kerkxove deyib: "Aşağı gəlirli ölkələrin vaksin əldə edə bilməsi üçün peyvənd istehsal edən ölkələrin yardımının artırılması zəruridir".
SəhərAzəri-nin məlumatına əsasən, Van Kerkxove Ümumdünya Səhiyyə Təşkilatının aztəminatlı ölkələri peyvəndlə təmin etmək proqramı, COVAX-ın uğursuz olması ilə bağlı sualın cavabında deyib: "Yoxsul və ehtiyacı olan ölkələrdə peyvəndlərin bağışlanması və paylanması, tələb olunan istehsalın miqdarından və istehsal şirkətləri ilə müqavilələrin olmasından asılıdır".
Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə bəyan edib ki, yoxsul ölkələrdə hələ də koronavirus peyvəndi yoxdur". Bu xəbərdarlıq zəngin ölkələrin səhlənkarlığı ucbatından peyvənd paylanmasında davam edən ədalətsizliyi vurğulayır; Hansı ki, bu həyati dərmanın 81 faizi onların inhisarındadır.
COVAX sistemi çərçivəsində koronavirus peyvəndinin paylanması proqramından bir ilin keçməsinə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhanom yoxsul ölkələrin hələ də peyvəndlərə çıxışının olmadığını bildirib.