Rusiya rəsmisi Şimal-Cənub dəhlizinin həyati əhəmiyyətindən danışıb
https://azeri.sahartv.ir/news/dünya-i383828-rusiya_rəsmisi_Şimal_cənub_dəhlizinin_həyati_əhəmiyyətindən_danışıb
Rusiyanın Ticarət və Sənaye Palatasında Rusiya-İran Ticarət Şurasının rəhbəri Şimal-Cənub dəhlizinin İran və Rusiya üçün həyati əhəmiyyətini vurğulayaraq, bu dəhlizin Avropadan, İran və Rusiya üzərindən Asiyanın cənub və cənub-şərq ölkələrinə gedən ən qısa yol olduğunu bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 06, 2021 11:28 Asia/Baku
  • Vladimir Obidnov
    Vladimir Obidnov

Rusiyanın Ticarət və Sənaye Palatasında Rusiya-İran Ticarət Şurasının rəhbəri Şimal-Cənub dəhlizinin İran və Rusiya üçün həyati əhəmiyyətini vurğulayaraq, bu dəhlizin Avropadan, İran və Rusiya üzərindən Asiyanın cənub və cənub-şərq ölkələrinə gedən ən qısa yol olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Obidnov deyib: "Əminəm ki, Şimal-Cənub beynəlxalq dəhlizi Avrasiya İqtisadi İttifaqı ilə İran arasında əlaqələrin inkişafının əsasını təşkil edəcək".

O, əlavə edib: "2018-ci ilin sentyabrında Sankt-Peterburqda İran, Hindistan və Rusiyanın nəqliyyat nazirləri tərəfindən imzalanmış Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair saziş, Hindistandan Şimali Avropa ölkələrinə yükdaşıma marşrutunun yaradılmasını nəzərdə tutur".

Obidnov bu dəhlizin mühüm tranzit marşrutlarından biri olduğunu və Şimali Avropa ölkələri ilə Rusiya arasında İran və Xəzər dənizi üzərindən Hind okeanı, Fars körfəzi və Cənubi Asiya ölkələrinə tranzit əlaqəsi yaratdığını bəyan edərək, qeyd edib ki, Qərbi Asiya regionunda qeyri-sabitlik və etibarsızlıq, habelə dəniz marşurutlarında yaranan etibarsızlıq Şimal-Cənub dəhlizini Süveyş kanalı üçün potensial alternativə çevirib.