Dollar Rusiya-Hindistan silah müqavilələrindən silinir
https://azeri.sahartv.ir/news/dünya-i383843-dollar_rusiya_hindistan_silah_müqavilələrindən_silinir
Milyardlarla dollar silah müqavilələrinə malik olan Rusiya və Hindistan ABŞ dollarını öz silah sövdələşmələrindən silmək barədə razılaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2021 11:25 Asia/Baku
  • Dollar Rusiya-Hindistan silah müqavilələrindən silinir

Milyardlarla dollar silah müqavilələrinə malik olan Rusiya və Hindistan ABŞ dollarını öz silah sövdələşmələrindən silmək barədə razılaşıblar.

SəhərAzəri-nin məlumatına əsasən,“Rosoboroneksport” dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev bu gün medialarla müsahibədə Rusiya silahlarının Hindistana satışı müqavilələrindən dolların silinməsi üzrə bu ölkə ilə razılaşmaya işarə ilə, belə söyləyib: Bir qayda olaraq, biz anlaşılması münasib olsun deyə, bütün silah müqavilələrinin dəyərini ABŞ dolları ilə elan edirdik.

Mixeyev əlavə edib: “Rosoboroneksport” şirkəti digər ölkələrlə silah müqavilələrindən dolları yüz faiz kənara qoyub. Hindistana gəincə isə, Rusiyanın bu ölkə ilə bütün sövdələşmələri rus rublu və ya hind rupiyyəsi ilə həyata keçiriləcək.

Rusiya/ İran, Çin, Hindistan və Türkiyə də dazil olmalqla bəzi ölkələrlə sövdələşmələri, ticarət tərəfi olan ölkələrin milli valyutaları ilə həyata keçirir.