Fransa turistlər üçün dünyanın ən təhlükəli koronalı ölkələrindəndir
https://azeri.sahartv.ir/news/dünya-i383847-fransa_turistlər_üçün_dünyanın_ən_təhlükəli_koronalı_ölkələrindəndir
Amerika omikron ştammının yayılmasından qorxuya düşdüyünə görə, Fransanı turistlər üçün dünyanın ən təhlükəli koronalı ölkələri siyahısına salıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2021 14:39 Asia/Baku
  • Fransa turistlər
    Fransa turistlər

Amerika omikron ştammının yayılmasından qorxuya düşdüyünə görə, Fransanı turistlər üçün dünyanın ən təhlükəli koronalı ölkələri siyahısına salıb.

SəhərAzəri-nin məlumatına əsasən,Bu xəbəri yayan CNN informasiya saytı sonra belə yazıb: Amerika profilaktika və terapiya mərkəzi Fransanı öz xəbərdarlığının dördüncü səviyyəsində yerləşdirib. Bu səviyyə belə bir məkanda mövcud olan COVID-19-a yoluxma üzrə ən yüksək təhlükə həddidir.

BMT-nin beynəlxalq turizm təşkilatının statistikasına əsasən, 2019-cu ildə və koronavirusun yayılmasından öncəyədək Fransa dünya üzrə turistlərin getdikləri məkanların siyahısının önündə yerləşirdi.

Bu məlumata görə, Amerika profilaktika və terapiya mərkəzinin dördüncü xəbərdarlıq səviyyəsində qərarlaşan digər ölkələr Kipr, İordaniya, Lixtenşteyn, Portuqaliya və Tanzaniyadan ibarətdir.

Fransa koronaya yoluxmuş yeddi milyon 900 min nəfərdən çox xəstə və bu xəstəlikdən həyatını itirən 119 min ölü ilə Avropa Birliyi ölkələri arasında koronavirusa yoluxma üzrə ən yüksək statistikaya malikdir.