Dek 08, 2021 13:23 Asia/Baku
  • ABŞ-ın Rusiyaya qarşı planı
    ABŞ-ın Rusiyaya qarşı planı

ABŞ konqresi Rusiyanın Avropadakı nüfuzunu məhdudlaşdırmaq üzrə dörd milyard dollarlıq planla razılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, Konqres yaydığı bəyanatda bildirib ki, məhdudlaşdırma təşəbbüsü üzrə büdcə layihəsinin ilkin mətni dörd milyard dollara şamil olur və Ağ Ev-in ilin əvvəli üçün tələb etdiyi üç tam yüzdə qırx üç milyard dollardan beş yüz altmış doqquz tam onda səkkiz milyon dollar çoxdur.

Rusiyanın Avropadakı nüfuzunu məhdudlaşdırmaq üzrə təşəbbüs planı 2014-cü ildə yaradılıb. Onda məqsəd, Birləşmiş Ştatların Avropadakı hərbi iştirakını gücləndirməkdir.

Bu sənədə əsasən, konqres Rusiyanın ABŞ-ın hərbi ortaqları və birliklərinə nüfuzu kampaniyaları və əməliyyatları haqda ildə iki dəfə hesabat verməyi Amerika hökumətinin qarşısına məqsəd qoyur.

Həmçinin konqres baltikyanı ölkələrlə təhlükəsizlik əməkdaşlığına yüz əlli milyon dollar ayırıb.

Ağ Ev bu məqsədlə təqribən yüz beş milyon dollar tələb etmişdi.

 

Teqlər