İnstaqram ABŞ senatının qılıncı altında
-
İnstaqram
Yeniyetmələrin bu sosial şəbəkədən çox istifadə etmələrinin ictimai və psixoloji nəticələrinə diqqətsiz olmasına görə, böyük tənqidlərlə üzləşən İnstaqram bildirib ki, uşaqlar və yeniyetmələri qorumaq üçün sərt tədbirlər görəcək.
SəhərAzəri-nin məlumatına əsasən, İnstaqramın bildirdiyinə görə, bu şirkət yeniyetmələrin onlara münasib olmayan xas mövzular üzərində uzun müddət təmərküzləşmələri təqdirində yeniyetmələrə xəbərdarlıq etməyə çalışır.
Facebook-a da nəzarət edən “İnstaqram-Meta” ana şirkəti Facebook müdirlərinin onların saytlarının yeniyetmələr üçün olan təhlükələrindən xəbərdar olduqlarını göstərən daxili sənədlər toplusunun ifşa edilməsindən sonra ciddi böhranla çarpışır. Bu da Birləşmiş Ştatların bu sosial şəbəkənin islah edilməsi üzrə yeni təzyiqinə səbəb olub.
Demokrat senator Riçard Blumental bu barədə belə deyir: İnstaqramın zəhərli təsirləri barədə məlumatlar yayıldıqdan sonra biz birbaşa şəkildə bu şirkətin rəhbərliyindən eşitmək istəyirik ki, nə üçün zəhərli məzmunu uşaqlara ötürən güclü alqoritmdən istifadə edirlər/ və öz platformalarını daha təhlükəsiz etmək üçün nələr edəcəklər?