Dek 10, 2021 17:26 Asia/Baku
  • Sergey Ryabkov
    Sergey Ryabkov

Rusiya xarici işlər nazirinin müavini vurğulayıb ki, ABŞ və sionist rejimin birgə hərbi təlim keçirmək niyyətləri, Qərbi Asiyada səbatsızlaşdırıcı amildir.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Ryabkov ABŞ və sionist rejimin başçılarından istəyibdir ki, hərbi təlimin keçirilməsi üzrə birgə plan barədə təmkinlilik göstərib, bu plandan vaz keçsinlər.

Rusiya xarici işlər nazirinin müavini vurğulayıb ki, bölgədə hər cür hərbi təlim fəaliyyəti ciddi nəticələr vermək təhlükəsini artıracaq.

Bundan öncə bəzi Qərb mediaları Vaşinqtondakı informasiya mənbələrinə istinadla xəbər vermişdilər ki, Pentaqon başçısı və sionist rejimin müharibə naziri birgə hərbi təlimlərin keçirilməsi məsələsini araşdıra bilərlər. Onun əsas istiqaməti iki tərəfin ehtimal olunan hərəkətlərlə mübarizəyə hazır olmasıdır.

Teqlər