ABŞ-ın Kentukki ştatında fövqəladə vəziyyət
https://azeri.sahartv.ir/news/dünya-i383995-abŞ_ın_kentukki_ştatında_fövqəladə_vəziyyət
ABŞ prezidenti Co Bayden şənbə günü gecə qasırğaya məruz qalmış Kentukki ştatında fövqəladə vəziyyət elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2021 07:23 Asia/Baku
  • ABŞ
    ABŞ

ABŞ prezidenti Co Bayden şənbə günü gecə qasırğaya məruz qalmış Kentukki ştatında fövqəladə vəziyyət elan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Hal-hazırda Kentukki də daxil olmaqla Amerikanın bir neçə ştatını güclü qasırğa bürüyüb.

Qasırğa təkcə Kentukki ştatında indiyədək yetmiş nəfərin ölməsi, onlarla nəfərin isə yaralanması ilə nəticələnib.

Kentukki ştatında güclü qasırğanın baş verməsi insan tələfatından əlavə, yaşayış mənzillərinə də böyük xəsarətlər vurubdur.

Kentukki ştatının qubernatoru Endi Beşir son qasırğanı bu ştatın tarix boyu müşahidə etdiyi ən dağıdıcı qasırğa adlandırıb.

Arkanzas və İllinoys ştatlarında da qasırğa müəyyən tələfata səbəb olubdur.