Trampdan etiraf
Dek 14, 2021 12:31 Asia/Baku
-
Trampdan etiraf
ABŞ-ın sabiq prezidenti etiraf edibdir ki, sionist rejimin sabiq baş naziri Benyamin Netanyahu on iki illik baş nazirliyi müddətində heç vaxt fələstinlilərlə sülh niyyətində olmadı.
SəhərAzəri-nin məlumatına əsasən, Tramp amerikan-sionist «Eksios» saytı ilə müsahibədə belə deyib: Zənn etmirəm ki, Netanyahu sülh etmək niyyətində olub. Mənim bütün həyatım sövdələşmə ilə keçib. Buna görə, Netanyahu ilə üç dəqiqə söhbətdən sonra başa düşdüm ki, o, heç vaxt fələstinlilərlə sülh etmək istəməyib.
Tramp Mahmud Abbas barədə isə bunları deyibdir: Məncə, o, fövqəladə idi. O, təqribən bir ata kimi idi və bundan yaxşı ola bilməzdi. Zənnimcə, Mahmud Abbas Netanyahuya nisbətən razılaşmaya daha çox maraq göstərirdi.