Amerika rəsmilərinin təzadlı sözləri
https://azeri.sahartv.ir/news/dünya-i384089-amerika_rəsmilərinin_təzadlı_sözləri
Ağ Ev-in sözçüsü, Co Baydenin, Rusiyanın ehtimal üzrə Ukraynaya hücumu təqdirində, Amerikanın quru döyüş qüvvələrinin göndərilməsi işinin masa üzərində olmamasına dair sözlərindən iki gün sonra deyibdir ki, bu seçim gərginliyin kəskinləşəcəyi halda, masa üzərindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2021 15:42 Asia/Baku
  • Cen Psaki
    Cen Psaki

Ağ Ev-in sözçüsü, Co Baydenin, Rusiyanın ehtimal üzrə Ukraynaya hücumu təqdirində, Amerikanın quru döyüş qüvvələrinin göndərilməsi işinin masa üzərində olmamasına dair sözlərindən iki gün sonra deyibdir ki, bu seçim gərginliyin kəskinləşəcəyi halda, masa üzərindədir.

SəhərAzəri-nin məlumatına əsasən, Cen Psaki yerli vaxtla bazar ertəsi günü keçirdiyi mətbuat konfransında bu sözləri Rusiyanın ehtimal üzrə Ukraynaya hücumu təqdirində, NATO-nun himayə hərəkəti kimi, hərbi qüvvələrin göndərilməsi ehtimalı barədəki sualın cavabında deyib.

Rusiya Moskvanın Ukraynaya hücuma hazırlıq görməsinə dair ittihamları rədd edib. Bildirib ki, bu ölkənin öz qüvvələrini Rusiya ərazisi daxilində yerləşdirmək haqqı var.

Rusiya prezidenti Vladimir Putin da NATO-nu Rusiyaya hücuma səy göstərməkdə ittiham edib.

Amerika «rus qüvvələrin Ukrayna sərhədində iştirakı bu ölkə üçün bir təhdid hesab olunur» iddiası ilə, bu bölgədə gərginlik yaratmaq və Rusiyaya qarşı təzyiqi artırmaq üçün yeni bir bəhanə ardıncadır.