Omikron peyvən olunmuş yaşlı insanlarda soyuqdəymə əlamətlərinə səbəb olur
-
Omikron
Yeni bir araşdırmanın nəticələri göstərir ki, tam peyvənd edilmiş yaşlı insanlar omicron-a yoluxduqda onlarda yalnız "soyuqdəymə" kimi kiçik simptomlara səbəb ola bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Bu araşdırmanı aparan mütəxəssislər hesab edirlər ki, tam peyvənd edilmiş yaşlı insanlar omicron-a yoluxduqları təqdirdə xəstəxanaya yerləşdirilməyə və ya ciddi tibbi yardıma ehtiyacları olmur.
Cənubi Afrikada omicron sürətlə yayıldığı bir halda həkimlər deyirlər ki, heç kimi xəstəxanaya göndərmək məcburiyyətində deyillər , çünki simptomlar çox mülayimdir.
Həmçinin, Cənubi Afrikada koronavirusun "omicron" ştammı ilə bağlı ilk dəfə məlumat verən həkim, indiyədək bu varianta yoluxan xəstələrdə koronavirusn klassik simptomlarının "çox yüngül" olduğunu deyir.