BMT Rusiyanın təklifini alqışlayıb
https://azeri.sahartv.ir/news/dünya-i384194-bmt_rusiyanın_təklifini_alqışlayıb
BMT-nin baş katibi Moskvanın NATO-nun hərəkətlərilə bağlı məsələlər daxil olmaqla yeni təhlükəsizlik tədbirləri barədə Rusiya və ABŞ arasında müzakirələrin keçirilməsinə dair təklifini alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2021 17:44 Asia/Baku
  • BMT Rusiyanın təklifini alqışlayıb
    BMT Rusiyanın təklifini alqışlayıb

BMT-nin baş katibi Moskvanın NATO-nun hərəkətlərilə bağlı məsələlər daxil olmaqla yeni təhlükəsizlik tədbirləri barədə Rusiya və ABŞ arasında müzakirələrin keçirilməsinə dair təklifini alqışlayıb.

BMT baş katibinin sözçüsü Fərhan Həqq belə deyib: Antonio Quterreş davamlı regional sülhün yaradılması, gərginliklərin azaldılması və ixtilafların həlli məqsədilə Rusiya ilə Amerika arasında müxtəlif səviyyələrdə təklif olunan müzakirəni alqışlayır.

BMT-nin baş katibi həmçinin qeyd edibdir ki, bütün beynəlxalq oyunçular Ukraynanın şərqindəki münaqişəni həll etmək üçün Minsk razılaşması ilə ahəngdar surətdə məsuliyyət daşıyırlar.

BMT baş katibinin bu sözlərinin fonunda qeyd edək ki, Rusiya dünən Ukraynanın şərqindəki olaylarla bağlı zəmanətlər daxil olmaqla təhlükəsizlik zəmanətləri barədə öz təkliflərinin ilkin mətnini Amerikaya təqdim edib.