Hindistan şəkərlə neft idxalını azaldır
https://azeri.sahartv.ir/news/dünya-i384195-hindistan_şəkərlə_neft_idxalını_azaldır
Hindistanın mərkəzi hökuməti etanol istehsalı üçün şəkər istehsalını artırmaqla import neftə olan asılılığını azaltmaq niyyətindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2021 17:45 Asia/Baku
  • Hindistan şəkərlə neft idxalını azaldır
    Hindistan şəkərlə neft idxalını azaldır

Hindistanın mərkəzi hökuməti etanol istehsalı üçün şəkər istehsalını artırmaqla import neftə olan asılılığını azaltmaq niyyətindədir.

Bu gün Hindistan paytaxtında yerləşən enerji və resurslar üzrə araşdırma mərkəzinə getdik. Bu məkanda onun tədqiqatçıları bioloji yanacaqlar sahəsində tədqiqat aparırlar.

m.m- Hindistanda ən çox istehsal edilən etanol, şəkərdən alınır. Bu cür etanol istehsalı 2003-cü ildən başlanıb.

Ötən on beş il ərzində bioloji etanol dünyada böyük istehsal sıçrayışına malik olub. Hər il dünyada iki yüz milyard litr bioloji yanacaq istehsal edilir. Onun ən çox istehsalı Amerika, Braziliya və İndoneziyada olub.

m.m- Şəkər, düyü və digər bitkilərdən etanol istehsalı, daha çox insan qüvvəsinin işə götürülməsi, kəndlərin inkişafı, fermerlərin gəlirlərinin artması və hamısından mühümü, hava çirklənməsinin azalması kimi bir çox fayda ilə müşayiət olunur.

Hindistan bir tərəfdən, dünyada üçüncü neft idxalatçısıdır, digər tərəfdən isə dünyada Braziliyadan sonra ikinci böyük şəkər istehsalçısıdır.

m.m- Hökumət proqrama əsasən, öncə kənd təsərrüfatı məhsullarının istehsalını artırmalı, sonra isə bu məhsulların yerdə qalan hissəsindən etanol istehsal etməlidir.

Hindistan qarşıdakı iki ilədək etanolun benzinlə 20 faizlik tərkibi məqsədinə çata bilmək üçün ildə azad surətdə azı altı milyon tondan çox şəkər istehsal etməlidir.