Fransada saxta vaksin pasportları rüsvayçılığı
-
Fransada saxta vaksin pasportları rüsvayçılığı
Hər gün daha geniş miqyas alan Fransada saxta vaksin pasportları rüsvayçılığı hazırda bu ölkədə təhlükəsizlik probleminə çevrilib.
Fransa daxili işlər nazirliyinin məlumatına görə, indiyədək azı 110 min saxta vaksin pasportu aşkar edilib, barəsində də 400 təhqiqat işi təşkil olunub. Həmçinin yüzlərlə nəfər həbs olunub və istintaqa cəlb edilib.
Bu məsələ Fransanın ümumi fikrinə son dərəcə xələl gətirib.
m.m- İnana bilmirəm. Bir belə dələduzluq və saxtakarlıq; özü də insanların həyatı ilə bağlı olan məsələdə. Doğuradan da biabırçılıqdır.
Mafiya şəbəkələrindən saxta səhiyyə pasportları almaq 300 avroya başa gəlir və iki saat ərzində onu istəyənin ixtiyarına qoyulur.
Fransa hökuməti son günlər saxta vaksin pasportları olan şəxslərin cəzalandırılmalarını bir neçə dəfə artırıb. Həbs müddətini üç ildən yeddi ilə, nağd cəriməni isə 45 min avrodan 300 min avroya artırıb. Bu genişmiqyaslı ictimai problem xəstəxanaları da gərginləşdiribdir.
m.m- Xəstələrin bir çoxu saxta səhiyyə pasportlarına malikdir. Onları tanımaq çox çətindir, çünki həkimlərin mahiyyətindən də sui-istifadə edilib.
Fransanın səhiyyə naziri Oliviye Veram özünün son mövqeyində səhiyyə pasportlarının saxtalaşdırılmasında müalicə kadrının əlinin olduğunu ifşa edib.
m.m- Əgər səhiyə pasportunun saxtalaşdırılmasında əli olan şəxslər müalicə kadrından olmuş olarlarsa, onların cəzası adi şəxslərin cəzasından çox olacaq.
Fransa səhiyyə nazirliyinin bildirdiyinə görə, reanimasiya və intensiv terapiya bölməsində yatırılmış xəstələrin üçdə birindən çoxu saxta vaksin arayışına malikdir.