Rusiyadan ABŞ-a kəskin xəbərdarlıq
-
Aleksandr Qruşko
Rusiya və Qərbin Ukrayna üstündəki çəkişmələrilə bir zamanda, Rusiya xarici işlər nazirinin müavini Moskvanın təkliflərinin NATO və ABŞ tərəfindən qəbul edilməyəcəyi təqdirdə, qarşılıqlı addımların atılacağından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Aleksandr Qruşko Ağ Ev ilə NATO-ya xəbərdarlıq edibdir ki, əgər Moskvanın təhlükəsizlik təkliflərilə razılaşmazlarsa, Rusiya cavab tədbirləri görəcək.
Qruşko vurğulayıb ki, Rusiyanın təhlükəsizlik təklifləri Rusiya-Amerika münasibətlərindəki hazırkı təhlükəli vəziyyətdən geri çəkilmək və məşvərət səmtinə doğru hərəkət məqsədilə irəli sürülür.
Bundan öncə Kremlin sözçüsü Dmitri Peskov da vurğulamışdı ki, Avropa İttifaqının yeritdiyi sanksiya siyasəti qanunsuzdur və Rusiya bu sanksiyalara cavab vermək üçün tədbirlər görməyi davam etdirəcək.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel də ötən həftə bildirmişdi ki, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, bu birlik Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar seriyasının tətbiq edilməsi barədə Amerika və İngiltərə ilə müzakirələr aparacaq.
NATO ölkələri Ukraynaya siyasi və silah dəstəkləri verməklə bölgədə gərginlik yaratmaq siyasəti yeridirlər. Onların iddiası hələ bu birliyə üzv olmayan bir ölkəni himayə etməyə əsaslanır.
Ukrayna hal-hazırda Rusiya ilə Qərb arasında əsas dönüş nöqtəsidir. Amerika iddia edir ki, Rusiya Ukrayna sərhədlərində yüz mindən çox əsgər yerləşdirib və böyük ehtimala qarşı bu ölkəyə hücum etməyə hazırlaşır.
Moskva Qərb ilə NATO-nun iddialarının əksinə olaraq, dəfələrlə bildiribdir ki, Kiyevə hücum niyyətində deyildir.
Əlbəttə, bu çəkişmələr ABŞ-ın dövlət katibi- Entoni Blinkenin keçən ay «Rusiya Ukrayna sərhədi yaxınlığındakı qüvvələrini artırıb və hücum niyyətindədir» ifadəsindən sonra şiddətlənibdir.