Hindistanda müsəlmanlara qarşı kütləvi qırğın çağırışı qalmaqal yaratdı
https://azeri.sahartv.ir/news/dünya-i384435-hindistanda_müsəlmanlara_qarşı_kütləvi_qırğın_çağırışı_qalmaqal_yaratdı
Hindistan mediasında bir sıra hindu liderlərin müsəlmanları qətlə yetirmək və onlara qarşı silahdan istifadə etməklə bağlı çağırışlarını əks etdirən görüntülərin yayılması bu ölkədə qalmaqal yaradıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2021 11:57 Asia/Baku
  • Hindistanda müsəlmanlara qarşı kütləvi qırğın çağırışı qalmaqal yaratdı

Hindistan mediasında bir sıra hindu liderlərin müsəlmanları qətlə yetirmək və onlara qarşı silahdan istifadə etməklə bağlı çağırışlarını əks etdirən görüntülərin yayılması bu ölkədə qalmaqal yaradıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hindistan polisi cümə günü bildirib ki, ötən həftə ölkənin şimalındakı Uttarakənd əyalətində bir qrup hindu liderin iştirak etdiyi tədbirdə müsəlmanlara qarşı nifrət dolu çıxışların yayılması ilə bağlı araşdırmalara başlanıb və bununla baölı cinayət işi açılıb.

Tədbir iştirakçıları müsəlmanlara qarşı kütləvi qətllərə və silahdan istifadəyə çağırıblar.

Sosial şəbəkələrdə yayımlanan videoya görə, tədbirdə çıxış edənlərdən biri camaata deyir ki, insanlar müsəlmanları öldürdükləri üçün həbs olunmaqdan narahat olmamalıdırlar.

Tədbirdə hakim Bharatiya Janata Partiyasının ən azı bir üzvü iştirak edirdi. Partiya 2014-cü ildə hakimiyyətə gəldikdən sonra Hindistanda müsəlmanlara və digər azlıqlara qarşı əhval-ruhiyyəni qızışdırmaqda ittiham olunur.