Dek 27, 2021 12:41 Asia/Baku
  • ABŞ-da omicron-un geniş yayılması ilə əlaqədar mindən çox reys ləğv edilib

Röyters xəbər agentliyi koronavirusun omicron ştammının geniş yayılması və uçuş heyətinin çatışmazlığı səbəindən ABŞ aviaşirkətlərinin mindən çox reysi ləğv etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Röyters-in məlumatına görə, bazar günü yerli vaxtla günorta saatlarınadək ABŞ-da min bir yerli və beynəlxalq reys ləğv edilib.

Bu, ardıcıl üçüncü gündür ki, omicron-un geniş yayılması ilə bağlı narahatlıqlara görə ABŞ şirkətlərinin uçuşları ləğv edilir və çox ehtimal ki bu növbəti günlərdə daha da artacaq. 

Bundan əlavə son üç gün ərzində minlərlə reys uçuş heyətlərinin işçi çatışmamazlığı və bununla bağlı problemlər səbəbindən gecikib və ya qrafikdən kənar həyata keçirilib. 

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bildirib ki, yüksək yoluxucu omicron ştammı hazırda ABŞ-da dominant  ştammdır və bütün yoluxma hallarının 73 faizini təşkil edir.

ABŞ-da omicron variantına yoluxma halları ilə bağlı yeni statistik məlumatlar bu ölkənin səhiyyə və siyasi rəsmilərini narahat edib.

Teqlər