Sionist rejimdə korona-qrip qarışıqlı xəstəlik
-
korona-qrip qarışıqlı
Sionist rejimdə «florona» adlı korona-qrip qarışıqli virusa ilk yoluxma halı aşkar edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin səhiyyə nazirliyinin məlumatına görə, peyvənd edilməmiş hamilə bir qadının korona və qrip virusları üzrə hər iki testi müsbət olub və bu iki virusun qarışığı nadir «florona» xəstəliyinin baş verməsilə nəticələnib.
Deyilənlərə görə, sionist rejimin səhiyyə üzrə məsul şəxsləri bu iki virusun qarışığının daha ciddi xəstəliyə bais ola bilib-bilməyəcəyini müəyyən etmək üçün həmin testləri araşdırmaqdadırlar.
Bu gənc hamilə qadın dünyada eyni zamanda koronaya və qripə yoluxan ilk şəxsdir. Onun işi dünyada birinci nəfər kimi qeydə alınıb, amma həkimlərin qənaətinə görə, daha çox şəxs bu infeksiyaya yoluxmuş ola bilər.