Yan 06, 2022 19:36 Asia/Baku
  • Rusiya XİN Qazaxıstanda baş verənləri kənardan ilhamlanmış cəhd adlandırıb

Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda Rusiya Federasiyasiyasının Qazaxıstan hakimiyyətinin ölkəyə tam nəzarətinin təmin edilməsi istiqamətindəki səylərini davam etdirəcəyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya XİN saytında yer alan bəyanatda deyilir: “Rusiya Federasiyası Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatının keçirilməsini asanlaşdırmaq, istisnasız olaraq bu ölkənin bütün dinc əhalisinin, eləcə də həyati vacib infrastruktur obyektlərinin təhlükəsizliyini, onların blokdan çıxarılmasını və Qazaxıstan hakimiyyətinin nəzarəti altına qaytarılmasını təmin etmək üçün Qazaxıstan tərəfi və KTMT-dəki digər müttəfiqləri ilə sıx məsləhətləşmələri davam etdirəcək”,

Rusiya XİN Qazaxıstanda baş verən hadisələri dövlətin təhlükəsizliyini və bütövlüyünü pozmaq cəhdi kimi qiymətləndirib: “Rusiya Federasiyası KTMT çərçivəsində müttəfiqlik öhdəliklərinə sadiqliyini təsdiq edərək, Qazaxıstanda daxili siyasi vəziyyətin sürətlə pisləşməsi və zorakılığın artması ilə əlaqədar təcili tədbirlərin görülməsini dəstəkləyib. Biz dost ölkədə baş verən son hadisələri kənardan ilhamlanmış, təlim keçmiş və mütəşəkkil silahlı birləşmələrdən istifadə edərək dövlətin təhlükəsizliyini və bütövlüyünü güc yolu ilə pozmaq cəhdi kimi qiymətləndiririk”. Bəyanatda deyilir.

 

 

Teqlər