Yan 10, 2022 12:40 Asia/Baku
  • Qazaxıstandakı hadisələrə uzun müddətdir ki, hazırlıq gedirmiş

Qazaxıstan prezidenti ölkəsindəki hadisələrə uzun müddətdir ki, hazırlıq getdiyini və baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirdiyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən,Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının onlayn formatda keçirilən növbədənkənar sessiyasında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsində baş verən etiraz aksiyaları barədə isə etiraz edənlərin qanuni tələblərinin dövlət tərəfindən yerinə yetirildiyini bildirib.

Tokayev Qazaxıstana verdiyi dəstəyə görə KTMT-yə üzv ölkələrin liderlərinə təşəkkürünü bildirib.

Qazaxıstandakı vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası

videokonfrans formatında keçirilib.

İclasda Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstanın baş naziri Akılbek Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Ermənistanın baş naziri Nikol Paşinyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas iştirak edib.

 

Teqlər