Yan 10, 2022 13:04 Asia/Baku
  •   Vəziyyət nəzarət altındadır

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi bəyanat yayaraq ölkədə vəziyyətin sabitləşdiyini və nəzarət altında olduğunu bildirib.

 

SəhərAzəri-nin məlumatına əsasən,Bəyanatda deyilir: “Yanvarın 10-a Qazaxıstan Respublikasında vəziyyət stabilləşib və nəzarət altındadır. Terrorla mübarizə üzrə qərargah tərəfindən terror təhlükəsi olan nöqtələr neytrallaşdırılıb.

Bəyanata görə Almatı, Qızılorda, Taldıkorqan və Taraz şəhərlərində terrorçular tərəfindən tutulmuş bütün inzibati obyektlər azad edilib.

Həmçinin bildirilir ki, xüsusi əhəmiyyətli, strateji obyektlər və silah-sursat saxlanan yerlərin təhlükəsizliyi təmin olunub.

Digər tərəfdən Qazaxıstan qurumlarının rəsmi informasiyasını yayan operativ qərargah bildirib ki,

Qazaxıstanda iğtişaşlara görə tutulanların sayı 8 minə çatır

“İndiyədək ölkə üzrə 7 939 nəfər saxlanılıb”,- deyə məlumatda bildirilir.

Bu arada Qazaxıstanda baş verən aksiyalar zamanı ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 17-yə çatıb. Bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev  Operativ qərargahın iclası zamanı bildirib.

O, həmçinin deyib ki, bütün Qazaxıstan üzrə fövqəladə vəziyyət rejiminin pozulmasına görə 1,5 mindən çox şəxs məsuliyyətə cəlb olunub.

Son günlər ölkədə baş verən gərginliklər nəticəsində ölən və yaralananların sayı barədə isə hələ dəqiq məlumat yoxdur. Qazaxıstan Səhiyyə Nazirlyi 164 nəfərin ölümündən xəbər versə də sonralar bu məlumatın dəqiqliyi şübhə altına alınıb.

Prezident Kasım-Jomart Tokayev isə Qazaxıstanda baş vermiş terror hadisələri zamanı həyatını itirənlər üçün 10 yanvar 2022-ci il ümummilli matəm günü elan edib.

 

Teqlər