Şerman: "Rusiya ilə Avropanın təhlükəsizliyini müzakirə etmirik"
-
Vendi Şerman
ABŞ dövlət katibinin birinci müavini rusiyalı həmkarı ilə Cenevrə danışıqları haqqında deyib: “Biz açıq şəkildə bildirdik ki, müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropanın təhlükəsizliyini müzakirə etməyəcəyik”.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman özünün "Twitter" səhifəsində İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə danışıqlarının başlanmasına toxunaraq, yazıb: "Hazırda Cenevrədə ikitərəfli Strateji Sabitlik Dialoqunun fövqəladə iclası keçirilir".
"ABŞ Rusiyanın narahatlıqlarını dinləyəcək və öz narahtlıqlrını bölüşəcək, lakin bizim mövqeyimiz aydındır: müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropanın təhlükəsizliyini müzakirə etməyəcəyik", - deyə Şerman əlavə edib.
ABŞ elə bir halda avropalılar olmadan Rusiya ilə Avropanın təhlükəsizliyini müzakirə etməyəcəyini iddia edir ki, həm Tramp, həm də Bayden dövründə Fransanın Avstraliya ilə silah müqaviləsini ləğv etməsi kimi avropalılara böyük zərbələr vurub.
Həmçinin, Əfqanıstanı tərk edərkən avropalıları da onun bu qərarına əməl etməyə məcbur edib. Necə ki, yalan iddialarla onları Əfqanıstan, İraq və Suriyaya məqsədsiz hücumlar zamanı onu müşayiət etməyə razı salmışdı.
Digər tərəfdən, ABŞ Avropa ilə Rusiya arasında iqtisadi və enerji nəqli kimi məsələlərdə əməkdaşlığa qarşı çıxır və sanksiyalardan istifadə edərək, Rusiyanın Avropaya yaxınlaşmasının qarşısını almağa çalışır.