Azərbaycan Respublikasında “omikron” ştammı aşkarlanıb
Yan 11, 2022 09:11 Asia/Baku
Azərbaycan Respublikasında on iki nəfərdə “omikron” ştammı aşkarlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu ölkənin səhiyyə nazirliyinin məlumatına görə, “omikron” ştammı ölkə xaricindən gələn şəxslərdə aşkar edilib.
Azərbaycan Respublikasının səhiyyə orqanları bu ölkənin vətəndaşlarından istəyiblər ki, korona qarşısında bədənin immunitetini artırmaq üçün vaksinin üçüncü dozasını vurdursun və karantin qaydalarına riayət etsinlər.
Son bir ayda Azərbaycan Respublikasında koronaya gündəlik yoluxma halları nəzərəçarpacaq tərzdə azalıb. Bu virusa yoluxanların sayı gündə təqribən beş yüz nəfərdir.
İndiyədək Azərbaycan Respublikasında 621 min 563 nəfər koronaya yoluxubdur ki, bu miqdardan səkkiz min 457 nəfər həyatını itirib.