NATO-nun baş katibi AB-nin müdafiə nazirləri ilə görüşüb
NATO-nun baş katibi təhlükəsizlik məsələlərini, xüsusən Ukrayna sərhədi yaxınlığında Rusiyanın hərbi səfərbərliyinin davam etdirilməsini müzakirə etmək üçün Avropa Birliyinin müdafiə nazirləri ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Yens Stoltenberq Fransanın Brest şəhərində keçirilmiş bu görüş barədə belə deyib:Mən çərşənbə günü keçirilən Rusiya-NATO Şurasının iclası haqdakı məlumatı Avropa Birliyinin müdafiə nazirlərinə çatdırdım. Rusiya-NATO Şurasının iclasında NATO müttəfiqləri və Rusiya, müzakirələrin bərpa edilməsi və gələcək iclasların proqramının izlənilməsi vacibliyi barədə razılığa gəldilər.
Stoltenberq sonra belə vurğulayıb: Bu mühüm və həssas zaman kəsiyində NATO ilə Avropa Birliyi arasında sıx əməkdaşlıq, Avropanın təhlükəsizliyi üçün hər zamandakından daha mühümdür.
Özünün Şərqdəki rəqibi və bir fövqəlgüc kimi Rusiyanı təzyiqi altında qoymaq üçün daima yollar axtaran Amerika, hazırda «Rus qüvvələrin Ukrayna sərhədindəki iştirakı bu ölkə üçün bir təhdid sayılır» kimi bir iddia ilə bu bölgədə gərginlik yaratmaq və Rusiyaya təzyiqləri artırmaq üçün yeni bəhanə axtarır.
Rusiya dəfələrlə bəyan edib ki, onun Ukrayna ilə sərhəddəki hərbi iştirakı adi hərbi tədbirlərdir, lakin Amerika və müttəfiqləri Rusiya-Ukrayna sərhədini çox gərgin göstərmək niyyətindədirlər.
Qərb-Moskva münasibətləri 2014-cü ildən bəri NATO-nun, xüsusən də ABŞ-ın Şərqi Avropada- Rusiyanın yaxınlığında və hətta bu ölkə ilə sərhəddəki hərbi iştirakının genişlənməsi, Ukrayna böhranı, Baltik dənizi və Suriyanın vəziyyəti ilə əlaqədar dörd istiqamətdə kəskinləşibdir.