Putindən NATO-ya xəbərdarlıq
Rusiya prezidenti Vladimir Putin NATO-nun Şərqə doğru genişlənməsi, həmçinin Rusiyanın NATO və ABŞ-la müzakirələri haqda xəbərdarlıqedici bir ifadədə deyib ki, Moskvanın bu barədə geri çəkilməyə əsla yeri yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, Putin «Moskva. Kreml. Putin» adlı siyasi proqramda yayılan Rusiyanın birinci telekanalı ilə müsahibəsində Amerikanın və onun NATO-dakı müttəfiqlərinin Rusiyaya qarşı yanaşmalarını tənqid edib və belə deyib: Onlar vəziyyəti elə yerə çatdırıblar ki, bundan artıq geri çəkilməyə yer yoxdur və Rusiya NATO və Qərb barədə atacağı addımlarda tərəddüd etməyəcəkdir.
Moskva 2021-ci il dekabr ayının sonlarında Amerika və NATO-ya Rusiyanın təkliflərini ehtiva edən məktublar təqdim etdi. Həmin təkliflər NATO-nun addımları barədə hüquqi-təhlükəsizlik zəmanətlərinin təqdim edilməsi, bu hərbi blokun genişlənməsi, həmçinin onun infrastrukturları və silahlarının Rusiya sərhədlərinə yaxın bölgərlərdə yerləşdirilmələri ilə əlaqədardır.
Bu məsələ cari 2022-ci il yanvarın onunda keçirilən Rusiya-Amerika təhlükəsizlik-strateji danışıqlarında, həmin ayın on ikisində təşkil olunan NATO-Rusiya Şurasının iclasında, eləcə də yanvarın on üçündə keçirilən ATƏT-in Daimi Şurasının yığıncağında araşdırılıb.
Rusiyanın ABŞ və NATO ilə əlaqələri son həftələr ərzində çox gərgin olub. Moskva xəbərdarlıq edibdir ki, NATO silahlarının onun sərhədləri yaxınlığında yerləşdiriləcəyi, həmçinin Ukrayna və Gürcüstanın bu hərbi bloka üzv qəbul ediləckləri təqdirdə, bu hərəkətlərə hərbi cavab verəcəkdir.